Bu Məlumat Məxfiliyi Çərçivəsi («DPF») Bildirişi Avropa İqtisadi Zonası (AİZ), Birləşmiş Krallıq (BK) və İsveçrədən ABŞ-a şəxsi məlumatların, o cümlədən Mobillik Xidmətlərimizin bir hissəsi kimi emal etdiyimiz şəxsi məlumatların ötürülməsi ilə bağlı «Viasat»ın əməl etdiyi məxfilik prinsiplərini müəyyən edir.
«Viasat» bu Əlavənin 1-ci Qoşmasında sadalanan filiallar da daxil olmaqla, ABŞ Ticarət Departamenti tərəfindən müəyyən edildiyi kimi Aİ-ABŞ Məlumat Məxfiliyi Çərçivəsi (Aİ-ABŞ DPF), BK-nın Aİ-ABŞ DPF-a Əlavəsinə (BK-ABŞ DPF) və İsveçrə-ABŞ Məlumat Məxfiliyi Çərçivəsi (İsveçrə-ABŞ DPF) şərtlərinə əməl edir.* Biz ABŞ Ticarət Departamentinə aşağıdakılara əməl etdiyimizi təsdiq etmişik: (i) Aİ-ABŞ DPF-ə əsaslanaraq Avropa İttifaqından və BK-nın Aİ-ABŞ DPF-ə Genişlənməsinə əsaslanaraq Birləşmiş Krallıqdan (və Cəbəllütariq) əldə edilən şəxsi məlumatların emalı ilə bağlı Aİ-ABŞ Məlumat Məxfiliyi Çərçivə Prinsipləri; və (ii) İsveçrə-ABŞ DPF-ə əsaslanaraq İsveçrədən əldə edilən şəxsi məlumatların emalı ilə bağlı İsveçrə-ABŞ Məlumat Məxfiliyi Çərçivə Prinsipləri (birlikdə “DPF Prinsipləri”). Bu DPF Bildirişindəki şərtlərlə DPF Prinsipləri arasında hər hansı ziddiyyət olarsa, DPF Prinsiplərinə üstünlük verilməlidir.
*Biz İsveçrə-ABŞ Məlumat Məxfiliyi Çərçivəsi və ya BK-nın Aİ-ABŞ Məlumat Məxfiliyi Çərçivəsinə Əlavənin hər biri qüvvəyə minənə qədər onlara əsaslanmayacağıq, lakin qüvvəyə minmə tarixini gözləyərək onların tələb olunan öhdəliklərinə əməl edəcəyik.
DPF haqqında ətraflı məlumat əldə etmək və sertifikatımıza baxmaq üçün https://www.dataprivacyframework.gov/ saytına daxil olun.
Topladığımız və istifadə etdiyimiz şəxsi məlumat növləri
Birləşmiş Ştatlarda əldə edə biləcəyimiz şəxsi məlumatların növləri, eləcə də onları toplamaq və istifadə etmək məqsədlərimiz istifadə etdiyiniz Mobillik Xidmətlərindən asılı olaraq dəyişəcək. Siz bu Məxfilik Bildirişində göstərilən xüsusi məlumatlarınıza aid təfərrüatları tapa bilərsiniz.
Seçimləriniz
Müvafiq hallarda və ya bunu etmək tələb olunduqda, biz sizə haqqınızda nəzarət etdiyimiz şəxsi məlumatların müstəqil üçüncü bir tərəfə açıqlanmasından və ya Məxfilik Bildirişində göstərilənlərdən əhəmiyyətli dərəcədə fərqli məqsədlər üçün istifadə olunmasından imtina etmək imkanı verəcəyik. Əgər şəxsi məlumatlarınızın istifadəsini və ya açıqlanmasını digər şəkildə məhdudlaşdırmaq istəyirsinizsə, aşağıdakı əlaqə məlumatlarından istifadə edərək bizimlə əlaqə saxlayın.
Üçüncü tərəflərə ötürmələr
Şəxsi məlumatları açıqladığımız üçüncü tərəflərin növləri və bunu etdiyimiz məqsədlər haqqında məlumat Məxfilik Bildirişində təsvir edilmişdir.
Əgər biz şəxsi məlumatlarınızı ABŞ-da əldə etmişiksə və sonradan həmin məlumatı agent kimi fəaliyyət göstərən üçüncü bir tərəfə ötürəriksə və belə üçüncü tərəf agenti şəxsi məlumatlarınızı DPF Prinsiplərinə uyğun olmayan şəkildə emal edərsə, biz zərərə səbəb olan hadisəyə görə məsuliyyət daşımadığımızı sübut etmədiymiz müddətcə məsuliyyət daşıyacağıq.
DPF hüquqlarınız
Əgər siz AİZ, BK və ya İsveçrədənsinizsə, haqqınızda saxladığımız şəxsi məlumatlara giriş tələb etmək və qeyri-dəqiq olduqda və ya DPF-nin tələblərini pozaraq işlənmişdirsə, onları düzəltməmizi, dəyişdirməyimizi və ya silməyimizi tələb etmək hüququnuz var.
Əgər bu hüquqlardan istifadə etmək istəyirsinizsə, zəhmət olmasa aşağıda göstərilən əlaqə məlumatlarından bizə yazın. Biz şəxsiyyətinizi təsdiq etmək üçün sizdən xüsusi məlumat tələb edə bilərik və sorğunuza DPF Prinsiplərinə və müvafiq məlumatların qorunması qanunlarına uyğun olaraq cavab verəcəyik.
Siz həmçinin aşağıda göstərilən əlaqə məlumatlarından bizə yazaraq və ya sizə göndərdiyimiz marketinq e-poçtlarında «abunəlikdən çıx» və ya «imtina et» linkinə klikləməklə bizdən marketinq xarakterli mesajlar almaqdan imtina edə bilərsiniz.
Milli təhlükəsizlik və ya hüquq-mühafizə orqanları üçün açıqlamalar
Nəzərə alın ki, müəyyən hallarda bizdən dövlət orqanlarının qanuni sorğularına cavab olaraq, o cümlədən milli təhlükəsizlik və ya hüquq-mühafizə tələblərinə cavab vermək üçün şəxsi məlumatlarınızı açıqlamamız tələb oluna bilər.
«Viasat» müvafiq dövr üçün aldığı məlumat yaratma sorğularının sayını və növünü, sorğu edilən məlumatın növünü və sorğu edənin kateqoriyasını əks etdirən (mövcud qanunların icazə verdiyi dərəcədə) illik şəffaflıq məlumatlarını yayımlayır.
İcra
«Viasat»ın Aİ-ABŞ DPF, BK-nın Aİ-ABŞ DPF-ə Əlavəsinə və İsveçrə-ABŞ DPF-ə əməl etməsi ABŞ Federal Ticarət Komissiyasının araşdırma və icra səlahiyyətlərinə tabedir.
Sual və ya şikayətlər
Aİ-ABŞ DPF, BK-nın Aİ-ABŞ DPF-ə Əlavəsi və İsveçrə-ABŞ DPF-ə uyğun olaraq, biz şəxsi məlumatlarınızın toplanması və istifadəsi ilə haqqında DPF-lə bağlı şikayətləri həll etməyi öhdəmizə götürürük. Aİ-ABŞ DPF, BK-nın Aİ-ABŞ DP-ə Əlavəsi və İsveçrə-ABŞ DPF-ə əsaslanaraq qəbul edilmiş şəxsi məlumatları işləməmizlə bağlı sorğu və ya şikayətləri olan Aİ, BK və İsveçrədən fiziki şəxslər əvvəlcə privacy@viasat.com ünvanına e-poçt göndərməli və ya aşağıdakı ünvandan bizə yazmalıdırlar:
«Viasat, Inc.»
Adresat: «Viasat» Məxfilik Ofisi (Hüquq şöbəsi)
901 K küçəsi, NW, Suite 400 Vaşinqton,
DC 20001
Biz DPF-lə bağlı hər hansı şikayət və ya mübahisələri aldıqdan sonra qırx beş (45) gün ərzində araşdıracaq və həll etməyə çalışacağıq. Razı qalacağınız şəkildə həll etmədiyimiz bir DPF şikayətiniz varsa, bizim Aİ-ABŞ DPF, BK-nın Aİ-ABŞ DPF-ə Əlavəsi və İsveçrə-ABŞ DPF-ə əsaslanaraq qəbul edilmiş şəxsi məlumatları işləməmizlə bağlı həll olunmamış şikayətləri ABŞ-da yerləşən alternativ mübahisələrin həlli üzrə təminatçı olan JAMS-a yönləndirmək öhdəliyimiz var. Əgər bizdən DPF Prinsipləri ilə bağlı şikayətinizin vaxtında təsdiqini almamısınızsa və ya DPF Prinsipləri ilə bağlı şikayətinizi sizi qane edəcək şəkildə həll etməmişiksə, əlavə məlumat və ya şikayət üçün zəhmət olmasa, https://www.jamsadr.com/DPF-Dispute-Resolution ünvanına daxil olun. Bu xidmətlər sizə pulsuz təqdim olunur.
Müəyyən hallarda şikayətinizin həlli üçün icbari arbitraj seçmək imkanınız da ola bilər. Əlavə məlumat üçün aşağıdakı saytı ziyarət edin: https://www.dataprivacyframework.gov/s/article/ANNEX-I-introduction-dpf?tabset-35584=2
Bu Bildirişə dəyişikliklər
«Viasat»ın DPF-in tələblərinə uyğun olaraq bu DPF Bildirişinə dəyişikliklər etməsi lazım ola bilər, ona görə də bu səhifəni vaxtaşırı olaraq yoxlayın. Biz bu DPF Bildirişinə hər hansı əhəmiyyətli dəyişiklikləri sizinlə əlaqəmizə uyğun kanallar vasitəsilə bəyan edəcəyik.
Qoşma 1
DPF Özünü Təsdiqləmiş ABŞ Qurumlarının Siyahısı
Aşağıdakı «Viasat» nəzarətində olan ABŞ filialları ABŞ Ticarət Departamenti tərəfindən müəyyən edildiyi kimi Aİ-ABŞ Məlumat Məxfiliyi Çərçivəsi (Aİ-ABŞ DPF), BK-nın Aİ-ABŞ DPF-ə Əlavəsi və İsveçrə-ABŞ Məlumat Məxfiliyi Çərçivəsi (İsveçrə-ABŞ DPF) şərtlərinə uyğunluğu təsdiq edir:
«Automation Communications Engineering Corporation»
«ComPetro Communications Holdings LLC»
«ComPetro Communications, LLC»
«Engreen, Inc.»
«Frontera LLC»
«Intelie, Inc.»
«Landtel Communications, L.L.C.»
«Landtel, Inc.»
«mmWaveBroadband Co.»
«RBS Alpha, LLC»
«RBS Beta, LLC»
«RigNet EIS, Inc.»
«RigNet Global Holdings S.a.r.l.» (ABŞ filialı)
«RigNet Holdings, LLC»
«RigNet Newco, Inc.»
«RigNet, Inc.»
«Safety Controls, Inc.»
«THEU, LLC»
«TrellisWare Technologies, Inc.»
«Viasat Carrier Services, Inc.»
«Viasat China Services, Inc.»
«Viasat Global Holdings, LLC»
«Viasat Services Holding Co.»
«Viasat Technologies Limited» (ABŞ filialı)
«Viasat Worldwide Limited»
«Viasat, Inc.»
«VParent, Inc.»
«VService, Inc.»